“Azərbaycanda bankların sayının orta statistik ölçü baxımından, yəni əhalinin sayına düşən bankları nəzərə alsaq digər dünya ölkələri ilə müqayisədə heç də az deyil".
Bunu Xalq TV-ə açıqlamasında, iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Ekspertin sözlərinə görə, daha çox etibarlı, dayanıqlı banklar az depozit faizləri təklif edir, yəni bu gün hansısa bank və ya bank olmayan kredit təşkilatı 12%-dən yuxarı bir depozit göstərirsə, mütləq bundan qorxmaq lazımdır, birmənalı olaraq: “Azərbaycanda bankların sayının orta statistik ölçü baxımından, yəni əhalinin sayına düşən bankları nəzərə alsaq digər dünya ölkələri ilə müqayisədə heç də az deyil. "Muğan" bankın bağlanmasından sonra ölkədə 23 bank hələ də fəaliyyət göstərir. O ki qaldı insanlar banklara əmanət yatırarkən nələrə üstünlük verməsinə, düşünürəm, bununla bağlı ilkin araşdırmalar aparılmasına ehtiyac var.
Müəyən hallarda fəaliyyətlər üzrə 20-30 faizdən yuxarı, geri dönüş təklif edən hallarda isə, ümumiyyətlə, qaçmaq lazımdır. Yeddi, on iki faiz ətrafında olan banklar daha çox üstünlük təşkil edir. Orta olaraq hesab edirəm ki, depozit faizinin daha aşağı olduğu banklar daha etibarlıdır. Bununla bağlı qısaca məsləhətim belə ola bilərki, bankın reytinqinə, onun aktivlərinə, eyni zamanda, depozit və kredit portfelinə, habelə digər maliyyə göstəricilərinə diqqət yetirilməsi önəmlidir".
Ayşən Azadova


