Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsaslanaraq bildirilir ki, ölkəmizdə 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
Respublikamızda inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı, əhalinin sosial rifahına da müsbət təsir edəcək. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.
XQ