20 ildə ölkədə elektrik enerjisi 37 faiz yüksəlib

post-img

Son 20 il ərzində ölkəmizin elektroenergetika sistemi daim diqqətdə saxlanılıb, mövcud sahədə genişmiqyaslı layihələr gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri böyük vüsət alıb. 

Ölkə rəhbərinin 25 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırıl­ması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” sərəncamı da respublikamızın elektrik enerjisi ilə fasiləsiz təminatını daha da gücləndirmək, təhlükəsizliyin maksimal səviyyədə əldə olunmasını şərtləndirmək baxımından mü­hüm önəm daşıyıb. Bütün bu tədbirlərin nəticəsidir ki, hazır­da ölkədə generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də davamlı uğurlar əldə edilir. 

Bu gün ümumi gücü 29 min 256,5 MVA olan 110-500 kV-luq 368 yarımstansiya istismardadır. Həmçinin Gürcüstan, Rusiya, İran və Türkiyə ilə enerji sistemlərinin əlaqələndiril­məsi sayəsində elektrik enerjisi mübadiləsi və ticarəti həya­ta keçirilir. Bütün bunların nəticəsi olaraq ölkəmizdə elektrik enerjisinin istehsalı 2003-cü illə müqayisədə 37 faiz artaraq ötən il 29 milyard 4,3 milyon kVt/saat olub.

Hazırda ölkəmizdə 78 stansiya fəaliyyət göstərir, onlardan 22-si istilik elektrik stansiyası, 39-u su, 5-i külək, 8-i günəş enerjisi ilə işləyir. Həmçinin 3 hibrid elektrik stansiya və 1 bio­enerji elektrik stansiyası fəaliyyətdədir.

XQ

İqtisadiyyat