İqtisadi yüksəliş ölkənin maliyyə imkanlarını genişləndirir

post-img

Son 20 ildə vergi daxilolmaları 23 dəfə çoxalıb

Sumqayıtda ölkə sənayesinin inkişaf məsələlərinin müzakirəsinə həsr olunmuş “Azərbaycanda sənaye həftəsi” biznes forumunda bir sıra məsələlərlə yanaşı, son illərdə vergi sistemində həyata keçirilən islahatlar, reallaşdırılan vergi güzəştləri barədə də ətraflı danışılıb. 

Qeyd olunub ki, 2023-cü il yan­varın 1-dən etibarən yerli qida sə­nayesi istehsalçıları üçün əmlak, torpaq və mənfəət vergisi üzrə vergi güzəştlərinin tətbiq edilib. Vergi qa­nunvericiliyində edilən dəyişikliklər, vergi sahəsində aparılan islahatlar sənaye sektorunun inkişafına sə­bəb olub. Eyni zamanda, vergi gə­lirlərinin 55 faizinin məhz sənayenin payına düşdüyü, həmçinin vergi daxilolmalarının 30 faizinin isə qey­ri-neft sektorundan daxil olduğu bil­dirilib. 

Xatırladaq ki, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) artım tempi 21,6 faiz olduğu halda, qeyri-neft sektoru üzrə vergi daxilol­malarının artım tempi təxminən 28 faizdir. Vergi daxilolmalarındakı ar­tım tempinin ÜDM-in artım tempini üstələməsi həm də “kölgə iqtisadiy­yatı”nın azaldılması kimi xarakterizə edilir.

Biznes forumda sənaye texno­logiyaları parklarının fəaliyyətinə, onlar üçün tətbiq edilən sənaye in­vestisiya təşviqi alətlərinə də toxu­nulub. Qeyd edilib ki, təkcə cari il ərzində sənaye texnologiyaları par­kının 102 rezidentinə 196 milyon manat məbləğində vergi güzəşti tət­biq olunub. Ümumilikdə, indiyədək rezidentlər tərəfindən 380 milyon manata yaxın vergi güzəştindən faydalanılıb. Eyni zamanda, bizne­sin inkişafı üçün investisiya qoyulu­şunu təşviq etmək məqsədilə 571 investisiya təşviqi sənədi verilib. Bu sənədlər ölkəyə 5,5 milyard manat həcmində investisiya yatırımına imkan verib, 38 mindən çox iş yeri rəsmiləşdirilib.

Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə əsaslı moderniləşmə prosesi ke­çib, bu sistemdə maddi-texniki baza müasirləşdirilib, vergi inzibatçılığı texnoloji cəhətdən yenidən qurulub. Vergi Məcəlləsinə mütəmadi edilən dəyişikliklərlə vergi inzibatçılığı tək­milləşdirilib, vergi sisteminin geniş texniki imkanlara malik texnoloji ba­zası yenilənib, biznes mühiti mün­bitləşib. Nəticədə ölkəmizin iqtisa­di inkişafında həlledici rola malik, müasir və beynəlxalq standartlara cavab verən müasir vergi xidməti yeni standartlarla zənginləşib.

Bütün bunlar isə vergi daxilol­malarının davamlı artımını şərt­ləndirib. Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2002-ci illə müqayisədə vergi daxilolmalarında artım 23 dəfəyə yaxın, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 23,4 dəfəyədək yüksəlib. Region­ların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində bölgələrdən daxilolmalarda son 20 il ərzində 35,8 dəfə artım olub. 

Vergi inzibatçılığının təkmilləşdi­rilməsi, biznes mühitinin səmərəlili­yinin artırılması, nəticədə isə vergi daxilolmalarının əhəmiyyətli artımı ölkəmizin maliyyə imkanlarının ge­nişlənməsinə, sahibkarların sayının ildən-ilə artmasına gətirib çıxarıb. Belə ki, əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti mövcud idisə, 2022-ci ilin sonuna qeydiyyatda olan vergiödə­yicilərinin sayı 1,4 milyondan çox olub, aktiv vergiödəyicilərinin sayı isə 2022-ci ilin sonuna 712 min təş­kil edib.

Vergi sistemində həyata keçi­rilən islahatlar nəticəsində 2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxi­lolması təmin edilib. Dövlət başçısı İlham Əliyev bununla bağlı deyib: “İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahə­sində proqnozdan əlavə 2 milyard manat pul yığıldı, çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biz­nes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksin­lər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bi­zim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru”.

Qarşıdakı dövrdə vergi siyasə­tinin, ilk növbədə, iqtisadi təşviq, səmərəli nəzarət, rəqəmsallaşma prinsipləri əsasında həyata keçi­rilməsi nəzərdə tutulub. Bundan başqa, iqtisadiyyatın şaxələndiril­məsi və investisiyaların cəlb olun­masında vergi siyasətinin tənzim­ləyici rolunun davam etdiriləcəyi, “kölgə iqtisadiyyatı” ilə sistemli mü­barizənin miqyasının genişləndirilə­cəyi planlaşdırılıb. 

Hazırda vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra edilməsi, vergiö­dəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilmə­si, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə hədəflərin həya­ta keçirilməsi əsas istiqamətlərdir. Beləliklə, vergi siyasətinin iqtisadiy­yatın, o cümlədən sahibkarlığın in­kişafında, böyüməsində və güclən­məsində iştirakı artmaqda davam edir. 

XQ

İqtisadiyyat