Sənayenin inkişafı idxalı azaldır

post-img

2003-cü ildən istehsal 22 dəfə artıb

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, eləcə də iqtisadi islahatlar nəti­cəsində respublikamızda iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, qeyri-neft sənayesinin inkişafı istiqamətində mü­hüm addımlar atılır. Ölkənin neft amilindən asılılığının azaldıl­ması istiqamətində geniş islahatlar həyata keçirilir.

Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişafı mü­hüm önəm daşıyır. Qlobal ça­ğırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixrac­yönümlü məhsulların istehsalı­nın genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azal­dılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqa­bətqabiliyyətli sənayenin inkişa­fına və əhalinin istehsal sahəsin­də məşğulluğunun artırılmasına yeni imkanlar açır. Dövlət baş­çısının sənayeləşmə siyasətinin ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri elan olun­ması və sözügedən istiqamətdə mühüm tədbirlərin icrasının daha da sürətləndirilməsi məhz bunun­la bağlıdır. 

İqtisadiyyat Nazirliyinin mə­lumatına görə, son 20 il ərzində respublikamızda istehsal olunan sənaye məhsullarının illik dəyəri 21,6 dəfə artaraq 4 milyard ma­natdan 86,4 milyard manata çatıb. Məhsul buraxılışının ümumi həc­mində özəl sektorun payı 2002-ci ildə 54,9 faiz olduğu halda, keçən il 87,6 faiz təşkil edib. Belə yük­sək göstəricilərin əldə olunmasın­da isə iqtisadi diversifikasiyada sənayenin innovativ üsullarla inki­şafı və şaxələndirilməsi önəmli rol oynayıb. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsasla­nan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması da sənayenin inkişafını sürərləndirib. 

Nazirliyinin məlumatında res­publikada sənayenin inkişafına yönələn əhəmiyyətli mexanizmlər sırasında dövlət başçısının təşəb­büsü ilə sənaye zonalarının– sə­naye parkları və məhəllələrinin yaradılması xüsusi qeyd edilir. Bu­nunla əlaqədar mövcud 7 sənaye və 5 sənaye məhəlləsində, ümu­milikdə, 10,23 milyard manatlıq məhsul istehsal olunduğu, bunun 3,35 milyard manatlıq hissəsinin ixraca yönəldildiyi vurğulanır. Eyni zamanda, cari ilin ilk yarısın­da sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsulun satılması diqqətə çatdırılır. 

Statistik göstəricilərə əsasən, bu ilin birinci yarısında sənaye zonalarının ölkə sənayesinin qey­ri-neft sektorunda xüsusi çəkisi 16,5 faiz, qeyri-neft sənaye məh­sullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub. Bu dövrdə sənaye zonalarında bu­raxılan məhsullar isə 50-dən artıq ölkəyə göndərilib. 

Ölkədə yaradılan əlverişli biz­nes və investisiya mühiti də səna­yenin inkişafında əhəmiyyətli rol oynayıb. Başqa sözlə, respublika­mızın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, əlverişli coğrafi mövqeyə malik mühüm tranzit mərkəz olması davamlı investisiya qoyuluşunu şərtlən­dirməklə sənayedə məhsul is­tehsalına müsbət təsir göstərib. 2004-2021-ci illərdə Azərbayca­na, ümumilikdə, 288,9 milyard ABŞ dolları həcmində investisiya yatırılması da məhz həmin amil­lərlə bağlı olub. Bir faktı da xa­tırladaq ki, təkcə ötən il ərzində əsas kapitala yönəldilən vəsaitin məbləğinin 18,3 milyard manata yüksəlməsi, bu sahəyə yatırılan investisiyaların 80,6 faizinin daxili mənbələr hesabına formalaşması da əlverişli biznes və investisiya mühitinin mövcudluğu nəticəsində reallaşıb. 

Azərbaycanda investisiya cəl­bediciliyinin güclənməsinə təsir göstərən əsas amillərdən biri də mövcud sahədə qanunverici-ins­titusional tədbirlərin həyata keçi­rilməsidir. Bu baxımdan 1995-ci il 13 yanvar tarixli “İnvestisiya fəaliyyəti haqqında” Qanun böyük əhəmiyyətə malikdir. Bu qanun investisiyaların ölkə iqtisadiyya­tına cəlbini stimullaşdırmaqla ya­naşı, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. Bununla bərabər, “Xarici investisiyaların qorunma­sı haqqında” Qanun da ölkədə sərmayədarların hüquq və məna­felərinin qorunması, yerli və xari­ci iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılması ilə bağlı məsələləri tənzimləyir.

Azərbaycan hökuməti tərəfin­dən bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılma­sı, habelə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli və çoxtərəfli sazişlər im­zalanması da davamlı investisiya qoyuluşunu sürətləndirir. Bütün bunlarla yanaşı, ixrac rüsumları­nın ləğv edilməsi, idxalda rüsum­ların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi də ölkədə investisiya mühitinin liberallaş­dırılmasına, sərmayə qoyuluşu­nun genişlənməsinə böyük təsir göstərən amillərdən biridir. 

Sənayenin inkişafından danı­şarkən iqtisadiyyat naziri Mikayıl Cabbarovun bir neçə gün bun­dan əvvəl mediyaya məlumatın­da vurğulan məqamı xatırlatmaq istərdim. Bu, hazırkı mərhələdə sənayenin inkişafında əhəmiy­yətli rol oynayan özəl bölmənin davamlı genişlənməsinə müs­bət təsir göstərən iş adamlarının səmərəli fəaliyyəti məqsədilə ya­radılan əlverişli biznes mühiti ilə bağlıdır. Nazir məhz bu məqamı nəzərdə tutaraq sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaradan və 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexa­nizmi çərçivəsində 7 ildən artıq müddət ərzində 583 layihənin təş­viqi faktını diqqətə çatdırıb. O, hə­min layihələrin icrası nəticəsində iqtisadiyyata 5,6 milyard manat­dan artıq investisiya yatırıldığını, bunun hesabına isə 38,6 min­dən çox iş yerinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. 

Sənaye məhsullarının istehsal artımının davamlı olması ilə bağ­lı isə onu deyək ki, burada son illərdə müasir, beynəlxalq stan­dartlara əsaslanan müəssisələrin istifadəyə verilməsi əhəmiyyətli rol oynayıb. Qeyd edək ki, in­diyədək bu məqsədlə dəyəri 1,8 milyard manatdan artıq olan texni­ka, texnoloji avadanlıq və qurğu­lar güzəştli şərtlərlə ölkəyə idxal edilərək müasir istehsal sahələri qurulub. Təşviq edilmiş layihələ­rin icrası nəticəsində ölkədə yeni məhsullar buraxmaq imkanına malik müəssisələr yaradılıb. 

Bütün bunlarla yanaşı, Azər­baycan Prezident İlham Əliyevin 20 dekabr 2022-ci il tarixli fər­manı ilə əvvəlki illərin təcrübə­si nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləşdi­rilib. İnvestisiya təşviqi sənədi cari ilin yanvar ayının 1-dən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları, həmçinin müvafiq əra­zilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyənləşdirilən istiqamətlər üzrə strateji təşəbbüslərin gerçək­ləşdirilməsinə verilməsi nəzərdə tutulub.

Yeni meyarlara ekoloji nöq­teyi-nəzərdən əhəmiyyətli olan tullantıların təkrar emalı fəaliy­yət sahəsi əlavə edilib, turizm istiqamətli fəaliyyət sahələri genişləndirilib. Mexanizm çər­çivəsində layihələr üzrə idxala yönəldilən texnika, texnoloji ava­danlıq və qurğuların əhatə dairə­sinin dəqiqləşdirilməsi məqsədilə mal mövqelərinin siyahısı təs­diqlənib. Strateji layihələr üzrə is­tiqamətlərin müəyyənləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata ke­çirilməsinə də başlanılıb. 

 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat