İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” (tvitter) sosial şəbəkə hesabında 2023-cü ilin 9 ayı ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,4 milyon manat daxil olduğunu bildirib. “Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur”,– deyə nazir qeyd edib.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 8 ayında isə 40 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 361 nəqliyyat vasitəsi özəlləşdirilib, bu prosesdən dövlət büdcəsinə daxilolmalar 89,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb. Beləliklə, 2023-cü ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 111 milyon manat vəsait daxil olub.
XQ

