MDB ölkələri ilə ticarət 5 milyard dollara çatıb

post-img

Dövlət Gömrük Komitəsinin hesab­lamalarına görə, 2023-cü ilin yanvar–sentyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 735 milyon dolları təş­kil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz və ya 524 milyon 129 min dollar çoxdur. Ötən ilin yan­var-sentyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriy­yəsinin dəyəri isə 4 milyard 210 milyon dollar təşkil edib.

Hesabat dövründə MDB ölkələrinə ümumi ixrac illik müqayisədə 1 faiz ar­taraq 1 milyard 183 milyon dollara, bu dövlətlərdən ümumi idxal isə 16,9 faiz artaraq 3 milyard 551 milyon 84 dollara bərabər olub.

Qeyd edək ki, bu dövrdə MDB ölkələri ilə ticarət əməliyyatları ölkəmi­zin ümumi ticarət dövriyyəsinin 28,16 faizini təşkil edib.

XQ

İqtisadiyyat