Aqrar sektorda 9 milyard manatlıq məhsul yetişdirilib

post-img

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycanda 9 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Son 1 ildə ölkədə istehsal olunan bitkiçilik məhsulları­nın dəyəri 2,5 faiz artaraq 5 milyard manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,5 faiz artaraq 4 milyard manat təşkil edib. 

Oktyabrın 1-nə kimi tar­lalardan qarğıdalı da daxil olmaqla 3 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çox dənli və dənli paxlalı bitkilər, 182 min ton (0,1 faiz çox) üzüm, 962 ton (17,6 faiz çox) yaşıl çay yarpağı yığılıb.

9 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 424 min ton ət, 15 min ton yun, 357 ton barama istehsal olunub. Bir il əvvələ nisbətən ət istehsalı 3,2 faiz, süd istehsalı 1,7 faiz, yu­murta istehsalı 11,9 faiz, barama istehsalı 4,6 faiz artıb.

XQ

İqtisadiyyat