Kənd məhsullarının ixracı 33 faiz artıb

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına əsasən, cari ilin yanvar–avqust aylarında aqrar və aqrar–sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10 faiz artaraq 594 milyon dollara çatıb.

Qeyd edilir ki, qeyri-neft-qaz ixracında əhəmiyyətli yer tu­tan aqrar-sənaye məhsullarının yaratdığı dəyər əvvəlki ilin mü­vafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 133 milyon dollar təşkil edib.

XQ

İqtisadiyyat