Neft Fondunun büdcə gəlirləri 11 milyard manatı ötüb

post-img

Cari ilin 9 ayı ərzində Dövlət Neft Fondunun (DNF) büdcə gəlirləri 11 milyard 366 milyon manat, büdcə xərcləri isə 6 milyard 567 milyon manat təşkil edib.

Fondun məlumatında, həmçinin bildirilir ki, hesa­bat dövrü ərzində DNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 6 milyard 542 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublika­sında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi­nin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələş­məsinə 8 milyon manat yönəldilib. DNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 17 milyon manat təşkil edib.

XQ

İqtisadiyyat