Min və 5 min rublluq yeni əskinaslar nümayiş etdirilib

post-img

Rusiya Mərkəzi Bankı nominal dəyəri 1000 və 5000 rubl olan yeni əskinasları nümayiş etdirib. 

1000 rublluq əskinas Volqa Federal Dairəsinə həsr olunub. Onun üz tərəfində Nijni Novqorod şəhərindəki  Kremlin Nikolskaya qülləsi təsvir edilib. Arxa tərəfdə isə Kazanda tatar xalqının və Tatarıstanın dövlətçilik tarixi muzeyi, Kazan Kremlinin ərazisindəki Syuyumbike qalası, həmçinin Ufada Arxeologiya və Etnoqrafiya Muzeyi yerləşir.

Mərkəzi Bank həmçinin Ural Federal Dairəsinə həsr olunmuş yeni 5 min rublluq əskinasın dizaynını da təqdim edib. Onun ön tərəfində Yekaterinburqda “Avropa-Asiya” stelesi, arxa tərəfində Çelyabinskdən “Ural nağılı” kompozisiyası və Saleharddakı “66-cı paralel” stelesi var.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat