Naxçıvanda növbəti əmək yarmarkası

post-img

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidenti­nin səlahiyyətli nümayəndəsinin müa­vini Samir Seyidəhmədli yarmarkanın açılışında yeni iş yerləri təklifinin əha­linin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını bildirib. O, “Naxçıvan Muxtar Respublikasının so­sial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivə­sində minlərlə iş yerinin yaradılmasının hədəfləndiyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazi­ri Ceyhun Cəlilov bildirib ki, muxtar res­publikada əmək bazarının təkmilləşdi­rilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, insan amilinə qayğı prioritet vəzifəyə çevrilib. Qeyd olunub ki, muxtar res­publikada işaxtaran şəxslərin məşğul­luqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəl­dilməsi daim diqqət mərkəzindədir. Əmək yarmarkaları bu kateqoriyadan olan şəxslərin işlə təmin olunması is­tiqamətində vacib məşğulluq tədbirlə­rindən biridir.

Yarmarkaya 42 dövlət müəssisə­sindən 356, 79 özəl müəssisədən 327 olmaqla, 683, o cümlədən haqqı ödə­nilən ictimai işlər üzrə 242 iş yeri təq­dim olunub.

 

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

İqtisadiyyat