Azərbaycanın keyfiyyət meyarları beynəlxalq səviyyədədir

post-img

2022-ci ildə 68, bu ilin 9 ayında isə 62 yeni dövlət standartı qəbul edilib

Dünyada baş verən iqtisadi çağırışlara uyğun olaraq respublikamızda istehsal olunan malların texniki səviyyəsinin, bazarın və istehlakçıların tələblərinə, istehsal prosesinə, eləcə də keyfiyyətin qiymətləndirilməsinə, həmçinin xidmət sferasının təşkilinə müasir yanaşma tələb olunur. Bu mühüm amil nəzərə alınaraq hazırda ölkədə texniki tənzimləmə və milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğun formalaşdırılır, qanunvericilik və institusional sahədə konkret layihələr həyata keçirilir. Şübhəsiz ki, bu zaman “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nda bu istiqamətdə qarşıya qoyulan konkret tədbirlərə əsaslanılır.

Yüksək səviyyədə inkişaf etmiş iq­tisadiyyatın mühüm tərkib hissəsi kimi standartlaşdırmanın əhatə dairəsinə genişçeşidli istehsal və xidmət sektor­ları daxildir. Elm, texnika və texnologi­yanın müasir tələblərinə cavab verən malların və xidmətlərin istehsalı, onla­rın keyfiyyətinin diqqətdə saxlanılma­sı, rəqabətədavamlılığının artırılması, habelə dünya bazarına çıxışının real­laşdırılması üçün keyfiyyət infrastruk­turunun əsasını təşkil edən standart­laşdırma sisteminin təkmilləşdirilməsi dövlətin və iqtisadiyyatın inkişafında xüsusi əhəmiyyətə malikdir.

Bütün bunlar nəzərə alınaraq ölkə­mizdə milli standartlaşdırma sistemi­nin beynəlxalq tələblərə uyğunlaş­dırılması, məhsulların təhlükəsizliyi, keyfiyyəti, rəqabət qabiliyyəti və ixrac potensialının artırılması istiqamətində son illər bir sıra layihələr həyata hə­yata keçirilib. İqtisadiyyat Nazirliyi ya­nında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Almaniyanın Fiziki-Texniki Federal institutlarının birgə tədbirində bu barə­də ətraflı danışılıb, insan sağlamlığı­nın qorunmasında təhlükəsizlik nor­malarının daha da təkmilləşdirilməsi, təbii ehtiyatlardan, enerji resursla­rından səmərəli istifadənin reallaşdı­rılması və iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolunun əhəmiy­yəti vurğulanıb. 

Qeyd edək ki, bu gün respublika­mızda məhsul və xidmətlərin keyfiy­yətinin və rəqabət qabiliyyətinin yük­səldilməsini təmin edən standartların qəbulu ilə əlaqədar islahatların ger­çəkləşdirilməsi daim diqqət mərkəzin­də saxlanılıb. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun­laşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər, yeni standartların tətbiqi ilə optimallaşdırılan proseslər və ixrac potensialının artırılması istiqamətində reallaşdırılan tədbirlər müsbət nəti­cələrlə müşahidə olunub. Bununla da keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsində standartlaşdırma sahəsinin yeni mərhələyə keçidi üçün əlverişli şərait yaradılıb. 

Hazırda ölkəmizdə standartlaş­dırmanın inkişaf etdirilməsi, bey­nəlxalq standartlarla əlaqələndiril­məsi, müasir tələblərə cavab verən yeni milli standartların yaradılması ilə bu sahənin əhatə dairəsi daha da genişləndirilir. Dünyada gedən qloballaşma prosesinə inteqrasiya, ölkəmizin sosial və iqtisadi sahədə­ki inkişafı fonunda məhsul, istehsal prosesi, xidmət sahəsi və xidmət su­byektlərinin standartlaşdırılması zə­rurəti bu prosesin sürətləndirilməsini şərtləndirir. 

Bu gün iqtisadiyyatın bütün sahələ­rində müşahidə olunan inkişaf me­yilləri, o cümlədən, biznes mühitində olan dəyişikliklər məhsul və xidmətlər sahəsində də standartlaşdırma səy­lərinin artırılmasını və müasir tələb­lərə cavab verməsini qarşıya mühüm vəzifə kimi qoyur. Çünki qloballaşma şəraitində müvafiq standartlara ca­vab verməyən məhsul və xidmətlərin mövcudluğu hamını narahat edir. Belə bir problem isə sosial-iqtisadi inkişaf­da standartlaşdırmanın əhəmiyyətini davamlı olaraq artırır. Bu baxımdan əhalinin müasir tələb və standartlara cavab verən məhsul və xidmətlərlə tə­min edilməsi ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biridir. 

Ölkədə istehsal olunan qeyri-neft məhsullarının ixracında standartlaş­dırma ilə əlaqədar ciddi şəkildə nəzərə çarpan problemlər hazırda həllini göz­ləyir. Bunun üçün, ilk növbədə, məh­sul rəqabətqabiliyyətliliyin artırılması üçün həyata keçirilən tədbirlər çərçi­vəsində standartlaşdırmanın hüquqi bazasının müasir tələblərə uyğun ol­ması zəruri amillərdən biridir. Həmçi­nin milli standartların beynəlxalq stan­dartlara uyğunlaşdırılması da aktual məsələdir. 

Son illər ərzində sosial-iqtisadi sahələrin standartlaşdırılması sahə­sində dövlət tərəfindən müxtəlif is­tiqamətlərdə geniş tədbirlər həyata keçirilib, istehsal və xidmət sahəsində keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb, bununla bağ­lı normativ-hüquqi aktlar təsdiqlənib, qanunvericilik bazası daha da möh­kəmləndirilib. 

Bu məsələ ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KO­BİA) fəaliyyəti daha çox diqqət çəkir. Çünki standartma siyasətinin həyata keçirilməsində dövlətlə yanaşı, özəl sektor da fəal iştirak edir. Bundan irəli gələrək adıçəkilən agentlik tərəfindən mütəmadi olaraq ölkəmizdə keçirilən sərgi və yarmarkalarda sahibkarların iştirakına, o cümlədən, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal et­dikləri məhsulların ticarət şəbəkələ­rində satışının genişləndirilməsinə müvafiq dəstək göstərilir və bu zaman biznes subyektlərindən məhsul və xidmətlərin müvafiq standartlara ca­vab verməsi tələb olunur.

Ötən dövr ərzində respublikamız­da milli standartlaşdırma sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırıl­ması məqsədilə beynəlxalq və regio­nal təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub, standartlaşdırma, akkredita­siya, uyğunluğun qiymətləndirilməsi, metrologiya sahələrində 20-dək hö­kumətlərarası saziş və qurumlararası anlaşma memorandumu imzalanıb. Azərbaycanda bu sahənin inkişafında önəmli rol oynayan Azərbaycan Stan­dartlaşdırma İnstitutu (AZSTAND) hazırda Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 32 texniki komitə­sində təmsil olunur. Cari il AZSTAND tərəfindən keçirilən idarəetmə sistem­ləri standartları üzrə 9 təlimdə 267 iş­tirakçının təmsil olunması bunun bariz ifadəsidir. 

Onu da deyək ki, AZSTAND pub­lik hüquqi şəxs tərəfindən 2022-ci ildə beynəlxalq standartlara və müa­sir tələblərə uyğunlaşdırılmış 68 yeni dövlət standartı qəbul edilib.

Onu da xatırladaq ki, Azərbaycan–Türkiyə strateji tərəfdaşlıq əlaqələri çərçivəsində AZSTAND ilə Türk Stan­dartları İnstitutu arasında əldə edilən anlaşmaya əsasən, ölkəmizin adıçə­kilən standartlaşdırma təşkilatına res­publika daxilində Türkiyənin 9 mindən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququ verilib. Eyni zaman­da, Türk Standartları İnstitutunun beynəlxalq tələblərə cavab verən mil­li standartarının ölkəmzidə tətbiqinə başlanılıb. 

Ümumiyyətlə, hər iki dövlət qurumu qarşılıqlı təcrübədən faydalanmaq və ticarəti asanlaşdırmaq üçün standart­laşdırma, uyğunluğun qiymətləndiril­məsi (sınaq, yoxlama, sertifikatlaşdır­ma və s.), təlimlər və digər sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilmə­si məqsədi ilə fəaliyyətlərini daha fəal şəkildə davam etdirəcək. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat