Azərbaycandan neft ixracı artıb

post-img

Bu ilin sentyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 530 min barel səviyyəsində olub. Avqust ayında isə gündəlik hasilat 500 min barel təşkil edib.

Qeyd edək ki, OPEC+ (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Bu ilin 9 ayında isə magistral neft kəmərləri ilə 29 787,7 min ton neft nəql edilib. Nəqletmənin 76,1 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin ilk 9 ayı ərzində bu kəmər vasitəsilə 22 665,1 min ton neft ötürülüb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,5 faiz çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 83,1 faizini və ya 18 844,8 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9 faizini və ya 3 820,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

P.ƏFƏNDİ
XQ

İqtisadiyyat