Aqrar sektorda 3 faiz artım qeydə alınıb

post-img

Bu ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 996,9 milyon manat təşkil edib. Onun 4 539,6 milyon manatı heyvandarlıq, 5457,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Bu barədə  Dövlət Statistika Komitəsinin hesabatında bildirilir. 

Hesabata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə isə 2,5 faiz artıb.

Oktyabrın 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 100,9 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çox dənli və dənli paxlalı bitkilər, 981,9 min ton (3,9 faiz az) kartof, 1694,7 min ton (1,7 faiz çox) tərəvəz, 437,6 min ton (6,2 faiz az) bostan məhsulları, 787,1 min ton (2,8 faiz çox) meyvə və giləmeyvə, 182,4 min ton (0,1  faiz çox) üzüm yığılıb.

P.ƏFƏNDİ
XQ

İqtisadiyyat