Ərdoğan BƏƏ prezidenti ilə danışıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin dövlət başçısı Məhəmməd ibn-Zaid əl-Nəhayyanla telefonla danışıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Əlaqələr üzrə İdarəsindən bildirilib. Məlumatı “Anadolu” yayıb. 

Liderlər İsrail-Fələstin münaqişəsi zonasındakı son hadisələri müzakirə ediblər. 

Ərdoğan bildirib ki, İsrail və Fələstin arasında deeskalasiyaya beynəlxalq ictimaiyyətin pozitiv səyləri ilə nail olmaq mümkündür. 

P.ƏMİRCANOV
XQ

Dünya