Tikinti şirkətləri 9 yeni şəhərin tikilməsində iştirak edir

post-img

Azərbaycan öz iqtisadi imkanları hesabına Qarabağın yenidən qurulmasında misli görünməmiş quruculuq modeli tətbiq edir. Ölkəmizin tikinti şirkətləri 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbənin qurulması və təmir-tikinti işlərində yaxından iştirak edir. 

Bu barədə “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı İdarə Heyətinin sədri Ramiz İsayev bildirib. Onun sözlərinə görə, geniş tikinti-quruculuq meydanına çevrilən bölgədə bütün infrastruktur yenidən qurulur və yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Həmçinin, tikinti şirkətlərinin iştirakı ilə işğaldan azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib.

Ümumi uzunluğu 2241 kilometr təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilir. 

 

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat