Avropaya 28 milyard kubmetr qaz ixrac edilib

post-img

2020-ci ilin dekabr ayından Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixrac edilən Azərbaycan qazının həcmi 28 milyard kubmetri ötüb. Bununla da, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasəti öz bəhrəsini verir. 

Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. 878 kilometr uzunluğa malik TAP boru kəmərinin ötürücülük gücünün 20 milyard kubmetrədək artırılması perspektivləri isə növbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar yaradır.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat