Xərçəngin müalicəsi mövzusunda onlayn seminar keçiriləcək

post-img

11 oktyabr 2023-cü il tarixində saat 15:00-da Türkiyənin Ege Universitetinin professoru, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dəvətli professoru Əziz Eftekharinin “Xərçəng teranostikası üçün karbon dot əsaslı heterodimerlər” mövzusunda onlayn seminar keçiriləcək.

Qeyd edək ki, professor Əziz Eftekharinin adı ABŞ-ın Stanford Universitetinin 2022-ci il üçün hazırladığı “Dünyanın ən nüfuzlu elm adamları” reytinq sıralamasında yer alıb.

Anar Əli,

XQ

Elm