Milli Elektron Hökumət Portalının kiberhücumlara məruz qalması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir

post-img

Müxtəlif media resurslarda Azərbaycan Respublikasının Milli Elektron Hökumət Portalının kiberhücumlara məruz qaldığı ilə bağlı təxribat xarakterli məlumat yayılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu məlumatın əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirir.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.

“Məlum olduğu kimi, mövcud vəziyyətlə bağlı tam rəqəmsal təhlükəsizliyin təmin edilməsi, vətəndaşlarımızın şəxsi məlumatlarının düşmənlərdən qorunması əsas prioritetimizdir. Bu məqsədlə xarici ölkələrdən Milli Elektron Hökumət Portalına giriş qismən məhdudlaşdırılıb. Bu təcrübə xüsusi hallarda tətbiq edilir, yalnız müvəqqəti və önləyici xarakter daşıyır”, - deyə məlumatda əks olunub.

Qeyd edək ki, Azərbaycandan olan istifadəçilər üçün e-gov.az saytı adi rejimdə işləyir. Vətəndaşlardan heç bir şikayət daxil olmayıb və texniki proseslərlə bağlı hər hansı gecikmələrə yol verilməməsi məqsədilə davamlı monitorinqlər aparılır.

İqtisadiyyat