26,3 milyard dollarlıq xarici ticarət

post-img

Cari ilin yanvar–iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsin­dən bildirilib ki, gömrük orqanla­rında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin 7 ayında xarici ticarət dövriyyəsi 26 mil­yard 333 milyon dollar, o cüm­lədən ixracın dəyəri 16 milyard 777 milyon dollar, idxalın dəyəri 9 milyard 557 milyon dollar təşkil edib, nəticədə 7 milyard 220 mil­yon dollarlıq müsbət ticarət sal­dosu yaranıb.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriy­yəsi real ifadədə 1,4 faiz, idxal isə real ifadədə 8 faiz artıb. 

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 92,5 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Yunanıstan, İsrail, Hin­distan, İspaniya, Çexiya, Türk­mənistan, Gürcüstan, Rumıniya, Fransa, İrlandiya, Xorvatiya, Bir­ləşmiş Krallıq, ABŞ, İran, Vyet­nam, Yaponiya, Qazaxıstan, Ko­reya və Bolqarıstan ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

XQ

İqtisadiyyat