Büdcə gəlirləri 10 faizdən çox artıb

post-img

Gələn il və sonrakı üç il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası, eyni zamanda, proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan Nazirlər Kabinetinin geniş iclasında bu ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib.

Bildirilib ki, bütün bunların nəticəsində 2023-cü ilin dövlət bü­dcəsinə yenidən baxılıb və büdcə gəlirləri 3,1 milyard manat və ya 10,1 faiz, büdcə xərcləri isə 3,3 mlrd. manat və ya 9,8 faiz artıb.

XQ

İqtisadiyyat