Strateji valyuta ehtiyatları 67 milyard dollara çatıb

post-img

Gələn il və sonrakı üç il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası, eyni zamanda, proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan Nazirlər Kabinetinin geniş iclasında hazırda ölkənin maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığı, strateji valyuta ehtiyatlarının 67 milyard ABŞ dollarına çatdığı və ilin əvvəlindən 14,5 faiz artdığı qeyd edilib.

İclasda 2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici bor­cun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib.

XQ

İqtisadiyyat