Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da Dövlət Gömrük Komitəsi (DGK) üzrə büdcə daxilolmaları proqnoza görə, ümumi daxili məhsulun (ÜDM) 5faizi həcmində olmaqla 5 milyard 900 milyon manat nəzərdə tutulub.
Qeyd edək ki, bu göstərici 2023-cü ilin proqnozu ilə müqayisədə 172 milyon manat və ya 3 faiz, 2022-ci illə müqayisədə 245,4 milyon manat və ya 4,3 faiz çoxdur.
XQ