Azərbaycan qazının yarıdan çoxu Bakı–Tbilisi–Ərzurum kəməri ilə nəql olunur

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında Azərbaycandakı magist­ral təbii qaz kəmərləri ilə 27 milyard 110 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 6,2 faiz artım müşahidə olunub.

Həmin dövrdə qaz nəqlinin 53,8 faizi Bakı–Tbilisi–Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 14,5 mil­yard kubmetr təbii qaz ixrac edilib.

XQ

İqtisadiyyat