Naxçıvanın inkişafına dair Tədbirlər Planı təsdiq edilib

post-img

Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nı təsdiq edib.

Bununla bağlı baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb. Maliyyə və İqtisadiyyat nazirlikləri, Preziden­tin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi və muxtar respublikanın Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll elməsi tapşırılıb. 

Tədbirlər Planında 2023–2024-cü illərdə muxtar res­publikada sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı məqsədli limitin ayrılması nəzərdə tutulur. Sənəd­də bu məsələ ilə bağlı icraçı qurumun Kənd Təsərrüfatı Nazirliyi olduğu bildirilir.

Bundan başqa, muxtar respublikada sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxış imkanla­rının artırılması məqsədilə təşviqat tədbirlərinin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin (sahibkarların) dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tədbir­lərin həyata keçirilməsi də planlaşdırılır. Eyni zamanda, Tədbirlər Planında muxtar respublikada azad iqtisadi zonanın yaradılması ilə bağlı qanun layihəsinin gələn il hazırlanaraq təqdim olunacağı vurğulanır. 

XQ

Son xəbərlər