Azərbaycan–Macarıstan: dost ölkələr, strateji tərəfdaşlar

post-img

Azərbaycanın strateji müttəfiqi sayılan Macarıstan ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Hazırda bir çox sahələrdə fəal əməkdaşlıq edən ölkələrimiz qarşılıqlı münasibətlərdə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir. 

Azərbaycan və Macarıstan geniş iq­tisadi potensialı olan ölkələrdir. Bu da iqtisadi sahədə fəal əməkdaşlığa ge­niş imkanlar yaradır. İki ölkə arasında 2014-cü ildə imzalanmış strateji tərəf­daşlıq haqqında Birgə Bəyannamə, ha­belə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər bu sahədə əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, ha­zırda Macarıstanın 21 şirkəti Azərbay­canın kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. Ötən müddətdə Macarıstan Azərbayca­na 1,1 milyard ABŞ dolları, Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.

İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiy­yətli dərəcədə artması da əlaqələrin yük­sək səviyyədə olmasından xəbər verir. Hazırda Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən, nəqliyyat, informasiya texnologiyaları, energeti­ka, ticarət, kənd təsərrüfatı sahələrində uğurla əməkdaşlıq edir. Bununla belə, sadalanan sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanlar bö­yükdür. İşğaldan azad edilmiş əraziləri­mizdə aparılan bərpa-quruculuq işlərinə böyük maraq göstərən macar şirkətləri artıq bununla bağlı müvafiq layihələr təq­dim edib. 

Azərbaycanla Macarıstan arasında yeni biznes təşəbbüslərinin reallaşdı­rılması üçün də imkanlar genişdir. Bu təşəbbüslər isə yaxın vaxtlarda energe­tika, sənaye, nəqliyyat, informasiya tex­nologiyaları, kənd təsərrüfatı, əczaçılıq və ticarət sahələrində əlaqələrin güc­ləndirilməsinə inamı artırır. Elə ölkəmiz­də yaradılmış əlverişli infrastruktur və tətbiq olunan güzəştlər, eyni zamanda, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları macar şirkətlərinin ölkəmizin əlverişli biznes mühitindən yararlanması­na imkan yaradır. 

Avqustun 20-də Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyevin Ma­carıstana növbəti işgüzar səfəri iqtisadi münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin gün Budapeştdə dövlətimizin başçısı İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zama­nı ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Söhbət əsnasın­da Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vur­ğulanıb. 

Tərəflər qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müs­bət dinamikanı yüksək qiymətləndiriblər. Eyni zamanda, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı–Budapeşt reyslərinin hə­yata keçirilməsinin əhəmiyyətinə toxunu­lub, ümumilikdə, ikitərəfli əlaqələrin inki­şafından məmnunluq ifadə olunub. 

Dövlətimizin başçısı Azərbaycanın iş­ğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində Ma­carıstan şirkətlərinin fəaliyyətə başlama­sını müsbət addım kimi qiymətləndirərək bu istiqamətdə daha böyük imkanların olduğunu vurğulayıb.

Söhbət zamanı, həmçinin Azərbay­can, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji” sahə­sində strateji tərəfdaşlığa dair Sazişin im­zalanmasının əhəmiyyəti, eləcə də Orta Dəhlizlə yükdaşımaların artması vurğula­nıb. Bütövlükdə isə, Prezident İlham Əli­yevin dost ölkəyə səfəri yüksək səviyyə­də olan əlaqələrin inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcək.

Təbriz YADİGAROV, 

ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent 

Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı səmərəli iqtisadi münasibətlə­ri sayəsində bu ilin 7 ayında beynəlxalq iqtisadi münasibətlərin 80 faizini təşkil edən xarici ticarət əlaqələri 30 milyard 333 milyon 432 min dollara çatıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisə­də 274 milyon 522 min dollar çoxdur. Ticarət əlaqələrinin 51 faizi Avropa İtti­faqı ölkələrinin payına düşüb. 

Azərbaycan beynəlxalq aləmdə nüfuzunu genişləndirərək investisiya cəlbediciliyini artırmaqla yanaşı, Avro­pa İttifaqı ölkələri ilə beynəlxalq ticarət əlaqələrini qarşılıqlı əməkdaşlıq çərçi­vəsində daim inkişaf etdirir. Bu baxım­dan son illər ölkəmizin Macarıstanla da ticarət əlaqələri getdikcə genişlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin 7 ayı ərzində Azərbay­candan Macarıstana 1 milyon 556 min 610 dollarlıq mal ixrac olunub ki, bu da əvvəki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Həmin dövrdə Maca­rıstandan idxal olunan malların statistik dəyəri isə 28 milyon 86 min dollar təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz çoxdur. Ümu­milikdə isə, Azərbaycanın Avropa mə­kanı ilə illik ticarət dövriyyəsinin 0,098 faizi Macarıstanın payına düşüb. 

Yeri gəlmişkən, 2023-cü il avqus­tun 21-də də Budapeşt və Bakı arasın­da imzalanan saziş gələcəkdə Azər­baycan qazının Macarıstana nəqlinin həcminin təqribən 1 milyard kubmetrə çatdırılmasına imkan yaratmaqla yanaşı, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında da mühüm rol oynayacaq. Sazişdə də qeyd edildiyi kimi, Macarıstan 2023-cü ilin dördüncü rübündə Azərbaycandan 100 milyon kubmetr qaz almaqla yanaşı, həmçinin anbarlarda 50 milyon kubmetr Azər­baycan qazının saxlanması və siyasi saziş üzrə qaz tədarükünün bir milyard kubmetrə çatdırılması nəzərdə tutulur. 

Məlum olduğu kimi, Macarıstanın MVM CEEergy enerji şirkəti ilə Azər­baycanın SOCAR şirkəti arasında 2023-cü ilin sonunadək bu ölkəyə 100 milyon kubmetr qaz tədarük edilməsi haqqında saziş imzalanıb. 2022-ci il dekabrın 17-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Buxarestdə Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında Qara dənizin dibi ilə sualtı elektrik ka­belinin çəkilməsini nəzərdə tutan “ya­şıl enerji”nin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında sazişə imza atılıb. Bu sənədlərin icrası isə, ilk növbədə, Azərbaycanın Avropa ölkələri, o cümlədən dost Macarıs­tanla qarşılıqlı əlaqələrin inkişafında müstəsna rol oynayacaq.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat