Avtomobillərin icbari sığortası genişlənir

post-img

Bu xidmətdən daxilolmalar 33,5 milyon manata çatıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobillərin icbari sığortası üzrə yığımlar 7 ayda 92 milyon 644 min manata çatıb. 

Mərkəzi Bankdan verilən məluma­ta görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,6 faiz və ya 33 milyon 494 min manat çoxdur. Xatırla­daq ki, 2022-ci ilin yanvar-iyul aylarında avtomobillərin icbari sığortası üzrə 59 milyon 149 min manat vəsait toplanıl­mışdı.

Yanvar-iyul aylarında avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 56 milyon 655 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11,4 faiz və ya 5 milyon 810 min manat çoxdur. Yeri gəlmişkən, ötən ilin yanvar-iyul ay­larında bu sığorta növü üzrə ödənişlərin həcmi 50 milyon 845 min manat olub.

“Xalq qəzeti”

İqtisadiyyat