Kəlbəcərin elektrik şəbəkəsi təzələnir

post-img

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş rayonlarımıza qayıdan sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyata keçirir. 

Hazırda ərazisinə görə Azərbaycanın ən böyük və yüksək dağlıq ərazidə yer­ləşən Kəlbəcər rayonunda sovet dövrün­də çəkilmiş köhnə xətlər yenisi ilə əvəz­lənir. 

“Azərişıq” ASC-dən verilən məluma­ta görə, rayonun Alagöllər, Zod, İstisu kimi relyefi çətin olan yüksəkliklərdə yer­ləşən ərazilər də artıq nura qərq olunub. Bugünlərdə isə Zar kəndi istiqamətində 35 kilovoltluq izolyasiyalı xətlərin çəkili­şi üzrə işlərə başlanılıb. Hazırda kəndə elektrik enerjisinin verilməsi üçün dayaq­lar basdırılır, xətlər çəkilir. Bununla yana­şı, rayonun Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır.

Ölkə Prezidenti İlham Əliyevin 2022-ci il iyunun 26-da təməlqoyma mərasi­mində iştirak etdiyi Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi də sürətlə davam etdirilir. Mərkəz ən müasir ava­danlıqlarla təchiz ediləcək. Bu da gələ­cəkdə Kəlbəcər rayonunun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olun­masında mühim rol oynayacaq.

“Xalq qəzeti”

İqtisadiyyat