SOCAR “Uzbekneftegaz”la saziş imzalayıb

post-img

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Azərbaycan–Özbəkistan biznes forumu çərçivəsində Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azər­baycan Prezidenti İlham Əliyev və Öz­bəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən iki ölkə arasında enerji sekto­runda əməkdaşlığın genişləndirilməsinə dair verilən tapşırıqların icrası istiqamə­tində mühüm addımların atıldığı vurğu­lanıb. İyulun 18-də Şuşada keçirilmiş Azərbaycan–Özbəkistan hökumətlərara­sı komissiyasının son iclası çərçivəsində SOCAR ilə “Uzbekneftegaz” arasında imzalanan sənədlərin əməkdaşlığın ge­nişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Görüşdə SOCAR ilə “Uzbekneftegaz” arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logis­tikası, kadrların hazırlanması üzrə əmək­daşlığın cari vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan–Özbəkis­tan biznes forumu çərçivəsində, həmçi­nin tərəflər arasında “Uzbekneftegaz”ın Azərbaycan Respublikasında neft-qaz layihələrində iştirakına dair müqavilə, o cümlədən SOCAR-ın Özbəkistanda neft-qaz layihələrində iştirakına dair SOCAR, Özbəkistan Respublikasının Mədən və Geologiya Nazirliyi və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaş­lıq haqqında saziş imzalanıb.

“Xalq qəzeti”

İqtisadiyyat