Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

post-img

Azərbaycan Prezidentinin 2008-ci il 21 avqust tarixli Sərəncamı ilə hər il avqustun 23-ü xüsusi dövlət mühafizə xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində təntənəli yubiley mərasimi keçirilib.

Agentliyin rəisi general-mayor İlqar Abbasov qeyd edib ki, Strateji Obyektlə­rin Mühafizəsi Dövlət Agentliyi ixrac neft və qaz boru kəmərlərinin mühafizəsini, o cümlədən, mühafizə olunan şəxslərin və əksər strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi, mühafizə olunan şəxslər və obyektlərə qarşı ola biləcək təhlükələ­rin qarşısının alınması sahəsində qanu­namüvafiq qaydada fəaliyyət göstərir. Beynəlxalq terrorizmin və sui-qəsdlərin geniş vüsət aldığı vaxta mühafizə işinin təkmilləşdirilməsi, elm və texnikanın na­iliyyətlərindən istifadə olunması, yüksək peşəkarlığa malik kadrların hazırlanma­sı Agentliyin qarşısında duran əsas və­zifələrdir. 

İlqar Abbasov qarşıda duran şərəf­li və məsuliyyətli vəzifələrin icrası üçün Agentliyinin əməkdaşlarına tükənməz fi­ziki və mənəvi qüvvə arzulamaqla peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib. 

Sonda Agentliyin xidmətdə fərqlənən və vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuları “Azərbaycan Respub­likasının strateji obyektlərin mühafizəsi orqanlarının yaradılmasının 30 illiyi” yu­biley medalı, digər medal və mükafatlarla təltif ediliblər.

Q.QƏZƏNFƏR, “Xalq qəzeti”

Son xəbərlər