Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin 30 illik yubileyi təntənəli şəkildə qeyd edilib

post-img

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Xidmətin 30 illik yubileyi münasibətilə Xidmətin inzibati binasında təntənəli yubiley mərasimi keçirilib.

Xidmətin rəisi general-leytenant İlqar Musayev tədbirdə çıxış edərək qeyd edib ki, 1993 -cü il avqustun 23-də ulu öndər Heydər Əliyevin fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti, onun əsasında Prezident İlham Əliyevin 2020-ci il 16 mart tarixli Fərmanı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb. 

Xidmət rəisi ölkədə etibarlı ra­bitə-kommunikasiya sisteminin yaradıl­ması və informasiya təhlükəsizliyinin mü­hafizəsi üzrə mühüm vəzifələrin yerinə yetirilməsində Xidmətin səmərəli rolunu vurğulayıb. 

Sonra İlqar Musayev Xidmətin bir sıra əməkdaşlarının təltif olunması haqqında Azərbaycan Respublikasının Prezidenti­nin Sərəncamlarını oxuyaraq, bu müna­sibətlə təltif olunanları təbrik edib. 

Sonda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əli­yevə müraciət qəbul edilib.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər