Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bəyanatı

post-img

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə humanitar yüklərin çatdırılmasına dəstək verməyə hazırdır. 

Bu barədə qurum bəyanatla çıxış edib. Sənəddə deyilir:

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildən bəri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib his­səsi olaraq, istər Birinci Qarabağ savaşı, istər Vətən müharibəsi zamanı, istərsə də yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində zərərçək­miş şəxslərə müvafiq humanitar yardım­lar göstərib. 30 illik fəaliyyətləri dövründə hər iki beynəlxalq qurum respublikada humanitar sahədə kifayət qədər müxtəlif layihələr həyata keçirib. Təəssüflər olsun ki, son vaxtlar Qarabağ bölgəsində yaşa­yan erməni sakinlərin humanitar ehtiyac­ları mövzusu ətrafında qərəzli kampaniya aparılmasının şahidi oluruq.

Bunu nəzərə alaraq, AzQAC bəyan edib: “Azərbaycan Qızıl Aypara Cəmiy­yəti Azərbaycan Respublikasının Kons­titusiyasına, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanunun 3.0.1; 3.0.8; 3.0.9 maddələrinə, “Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Qanunun 6, 9, 15-ci maddələrinə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə, Beynəlxalq Hərəkatın “vahidlik” prinsi­pinə, Beynəlxalq Federasiyanın Konsti­tusiyasına və mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ər­zaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni millətindən olan sakinlərə çatdırılmasına dəstək verməyə hazırdır”. 

Belə ki, bu humanitar missiyanı hə­yata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmış əlavələrin, həmçinin 1997-ci ildə qəbul edilmiş Sevilya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur. Həmin dəyişik­liyə əsasən, humanitar yardımların həya­ta keçirilməsində aparıcı rol milli cəmiy­yətlərə verilir. Bu humanitar missiyanın həyata keçirilməsi üçün milli cəmiyyət kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti­nin bütün potensialı səfərbər olunub”.

“Xalq qəzeti”

Son xəbərlər