Naftalanda səyyar görüşlər

post-img

– Əgər səyyar görüşdə sakinlərin qaldırdığı problemlər həll olunmayacaqsa, gəlin onu keçirməyək...

Şəhər icra hakimiyyəti başçısı Vüqar Novruzovun hələ 2020-ci ilin yanvarında aparat müşavirələrinin birin­də bir qədər məzəmmətlə, bir qədər də sərt dediyi bu söz­ləri hamı ciddi bir xəbərdarlıq kimi qəbul etdi.

Elə o vaxtdan etibarən belə görüşlərdə qaldırılan məsələlər tədricən öz müsbət həllini tapmağa başladı. Çünki ölkə Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və töv­siyələri rəhbər tutaraq, Naf­talanda vətəndaşlarla səyyar görüşlərin keçirilməsi, onların qaldırdıqları məsələlərin ope­rativ həlli, ərizə və şikayətlərə baxılaraq, həll olunması üçün müvafiq tədbirlərin görülmə­si şəhər icra hakimiyyətinin daim nəzarətində saxlanılır və bu, bir ənənə şəklini almış­dır.

Səyyar görüşlərdə sakin­lərin qaldırdıqları məsələlərin dərhal nəzarətə alınması, bu işi icra edənlərin hesabatla­rının dinlənilməsi və ən əsas da şəhər icra hakimiyyəti başçısının işlərin gedişinə özü nəzarət etməsi Naftala­nın son illər nəzərəçarpacaq dərəcədə abadlığına, gözəl­ləşdirilməsinə, müasir kurort şəhərinə çevrilməsinə səbəb olmuşdur.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Sosial həyat