Hindistanın kosmik gəmisi Ayın cənubuna enib

post-img

Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib.

“XQ” xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan Ayın bu hissəsinə kos­mik aparat göndərən ilk ölkə olub.

Xatırladaq ki, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkədir.

Qeyd edək ki, bir neçə gün önəcə Ru­siyanın “Luna-25” kosmik aparatı da Ayın eyni hissəsinə eniş etmək istəyib, ancaq qəzaya görə missiya uğursuz alınıb.

Son xəbərlər