Macarıstana qaz nəqli 1 milyard kubmetrə çatacaq

post-img

Bu ölkənin Azərbaycanın “mavi yanacağ”ına tələbatı yüksəkdir

Yaxın vaxtlarda Azərbaycandan Macarıstana nəql olunan qazın həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq. Bununla bağlı Budapeşt və Bakı arasında siyasi saziş imzalanıb. 

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat ve­rib. Onun sözlərinə görə, 2023-cü ilin dördüncü rübündə Macarıstan Azər­baycandan 100 milyon kubmetr qaz alacaq. Nazir əlavə edib ki, Macarıs­tan uzun müddətdir ki, Azərbaycanla əməkdaşlığı inkişaf etdirir və siyasi saziş qaz tədarükünün daha da artırı­laraq bir milyard kubmetrə çatdırmağı nəzərdə tutur. 

Peter Siyartonun bildirdiyinə görə, yeni sazişə əsasən, Macarıstan rezer­vuarlarında 50 miyon kubmetr Azər­baycan qazının saxlanmasına dair razılaşma da əldə edilib. O, həmçinin qeyd edib ki, Macarıstan hazırda qaz tədarükünün şaxələndirilməsi üzərində işləyir və Ekvadordan neft idxalı imkan­larını nəzərdən keçirir.

Xatırladaq ki, bundan əvvəl Maca­rıstanın MVM CEEnergy enerji şirkə­ti ilə Azərbaycanın neft-qaz şirkəti SOCAR arasında 2023-cü ilin sonuna qədər Macarıstana ildə 2 milyard ku­bmetrə qədər mümkün artımla 100 milyon kubmetr qaz tədarük edilməsi haqqında saziş imzalanıb.

“Xalq qəzeti”

İqtisadiyyat