Buğda, düyü, qarğıdalı...

post-img

Bu ilin 7 ayında ölkəmizə 578 min ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə idxal edilən buğdanın dəyəri 164,7 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycana 154,6 milyon dollar dəərində 429,8 min ton buğda idxal edilib.

İlin əvvəlindən düyü idxalında da artım qeydə alınıb. Belə ki, hesabat dövründə ölkəmizə dəyəri 34,9 mil­yon dollar olan 38,9 min ton düyü idxal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,7 milyon dollar və 2,1 ton çoxdur. 

Bundan əlavə, hesabat dövründə ölkəmizə 18,7 milyon dollarlıq 63 min ton qarğıdalı idxal olunub. Xatırladaq ki, ötən ilin eyni dövründə xaricdən alınan 39,6 min ton qarğıdalı üçün 14,6 milyon dollar xərclənib.

“Xalq qəzeti”

İqtisadiyyat