Emal sənayesində yüksək artım

post-img

Sahənin müəssisələrində 10,2 milyard manatlıq məhsul istehsal olunub

Bu ilin yanvar–iyul aylarında ölkəmizin emal sənayesində 10 milyard 243 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki is­tehsalında 26 faiz, qida məhsullarının istehsalında 11,7 faiz, tütün məmulat­larının istehsalında isə 10 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından üzüm şərabının is­tehsalı 60,7 faiz, şəkərli qənnadı mə­mulatlarının istehsalı 25,2 faiz, unlu qənnadı məmulatlarının istehsalı 23,5 faiz, siqaret istehsalı 20,1 faiz, mey­və-tərəvəz konservlərinin istehsalı isə 5 faiz artıb.

“Xalq qəzeti”

İqtisadiyyat