Xaricə 9,4 milyard dollarlıq xam neft və neft məhsulları satılıb

post-img

Yanvar–iyul aylarında Azərbaycandan 15 milyon 540,3 min ton xam neft və xam neft məhsulları ixrac edilib. Dövlət Gömrük Komitəsinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, ixrac edilən neft və neft məhsullarının dəyəri 9 milyard 444,8 milyon ABŞ dolları olub. 

2022-ci ilin müvafiq dövründə ölkəmizdən 16 milyon 414,9 min ton xam neft və neft məhsulları ixrac olu­nub. Həmin dövrdə ixracın dəyəri isə 12 milyard 397,7 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 7 ayında neft bitumunun ixracı kəskin azalaraq 1224 ton olub. İxrac edilən məhsulun dəyəri 330 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə isə Azərbaycandan 24,9 milyon ABŞ dolları dəyərində 88 min tona yaxın neft bitumu ixrac edilib. 

“Xalq qəzeti”

İqtisadiyyat