Strateji valyuta ehtiyatları manatla pul kütləsini nə qədər üstələyib?

post-img

Bu ilin altı ayında ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib. 2023-cü ilin iyun ayının 30-na ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib (2023-cü ilin I rübü üzrə mal və xidmət idxalı götürülməklə).

"Xalq qəzeti" Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,6 dəfə üstələyib (01.07.2023 tarixinə olan M2 pul aqreqatı götürülməklə).

 

İqtisadiyyat