Qazlaşdırma səviyyəsi 96 faizi ötüb

post-img

İlin sonunadək daha 50 kənd qazlaşdırılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəhbəri Teymur Cəfərovun bildirdiyinə görə, cari ilin yanvar-iyul aylarında ölkədə artıq 90-dək yaşayış məntəqəsində paylayıcı və daşıyıcı qaz xətlərinin çəkilməsi işləri davam etdirilib. Bu ilin sonunadək isə daha 50 kəndin qazlaşdırılmasına başlanılması nəzərdə tutulub.

O qeyd edib ki, hazırda ölkə ərazisində qazlaşdırıl­ma səviyyəsi 96,3 faiz təş­kil edir. Bu, kifayət qədər yüksək göstəricidir. Amma buna baxmayaraq, növbəti illərdə də qazlaşdırılma iş­ləri davam etdiriləcək. Ümu­milikdə, 2023-cü ildə 140 yaşayış sahəsinin qazlaşdı­rılması həyata keçiriləcək.

“Xalq qəzeti”

İqtisadiyyat