Sumqayıtın yeni kimya kompleksində 8,67 milyard manat məhsul satılıb

post-img

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 5,7 milyard manatdan artıq olan 37 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlərdən hazırda 20-si fəaliyyət göstərir. Bu il sənaye parkında daha 4 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

İndiyədək parkın rezident­ləri tərəfindən ümumilikdə 8,67 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 3,12 milyard ma­natdan çox hissəsi (təxminən 36 faizi) ixracın payına dü­şüb. Cari ilin birinci yarısında sənaye parkında 1,3 milyard manatlıq məhsul istehsal, 446,3 milyon manatlıq məhsul isə ixrac edilib.

Cari ilin birinci yarısında 1,3 milyard manatlıq məhsul is­tehsalı ilə bu müəssisənin ölkə sənayesinin qeyri–neft sek­torunda xüsusi çəkisi 15,2 faiz, qeyri–neft sənaye məhsulları­nın ixracında isə 19,6 faiz (446,3 milyon manat) olub.

Sənaye parkında istehsal olunan məhsullar dünyanın 60-a yaxın ölkəsinə, ümumilikdə Türkiyə, Yaponiya, ABŞ, Ka­nada, İtaliya, Çin və digər ölkələrə ixrac olunub.

“Xalq qəzeti”

İqtisadiyyat