Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6,2 milyard manat olub

post-img

Dövlət Vergi Xidmətinin açıqlamasına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında bu qurumun xətti ilə dövlət büdcəsinə 11 milyard 231 milyon manat vergi daxil olub.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqa­yisədə vergi daxilolmaları 22,9 faiz və ya 2,1 milyard manat artıb.

Qeyri-neft-qaz sekto­rundan daxilolmalar 6,2 milyard manat təşkil edib. Keçən ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19 faiz və ya 984 milyon manat çoxalıb.

Ödənilən vergilərin 45,1 faizi neft-qaz, 54,9 faizi isə qeyri-neft-qaz sektorunun payına düşüb.

“Xalq qəzeti”

İqtisadiyyat