Bu neft-qaz yataqları 7 ayda 4 milyard dollardan çox gəlir qazandırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatına görə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlər açıqlanıb. Açıqlamada cari ilin ötən 7 ayı ərzində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” üzrə gəlirlərin 4 milyard 158 milyon ABŞ dolları həcmində olduğu bildirilib.
Məlumatda bu dövrdə “Şahdəniz” yatağından (qaz və kondensat) əldə olunan gəlirin 1 milyard 141 milyon ABŞ dolları təşkil etdiyi vurğulanıb.
“Şahdəniz” yatağı üzrə kondensatın satışından isə 259,6 milyon ABŞ dolları gəlir əldə edilib.
“Xalq qəzeti”