İnflyasiya 12,2 faizə enib

post-img

Bəzi ərzaq malları isə ucuzlaşıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında respublikada inflyasiya 2022-ci ilin müvafiq dövrünə nisbətən 12,2 faiz təşkil edib. Bu isə ötən aya nisbətən 0,5 faiz azdır.

İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 111 faiz, əhaliyə göstərilmiş ödə­nişli xidmətlər üzrə 110,4 faiz təşkil edib. 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,4 faiz olub.

Cari ilin iyul ayında əvvəlki aya nis­bətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, unun, yumurtanın, bir sıra meyvə-tərəvəz məhsullarının qiymətlərində müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymət­lərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri in­deksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,8 faiz təşkil edib. İyulda əhaliyə göstə­rilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyul ayına nis­bətən 109,6 faiz olub.

Ötən ay əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər­dən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşı­ma xidmətlərinin və respublikadan kə­nara istirahət turlarının qiymətlərində müşahidə edilib. Digər ödənişli xidmət­lərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

“Xalq qəzeti”

İqtisadiyyat