İqtisadiyyata investisiya qoyuluşu 21 faiz artıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 milyard 114,9 milyon manat və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz çox vəsait yönəldilib.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 15 faiz, qeyri-neft-qaz sektoruna investisiyalar isə 24,3 faiz artıb.

7 ay ərzində istifadə olunmuş vəsaitin 5 milyard 45 milyon ma­natı və yaxud 55,3 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 600 milyon manatı və yaxud 39,5 faizi xidmət sahələrinin, 469,4 milyon manatı və yaxud 5,2 faizi isə yaşayış evlərinin tikintisinə sərf olu­nub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 877,5 milyon manatını və yaxud 75,5 faizini daxili vəsaitlər təşkil edib, 6 milyard 679 milyon manatı və yaxud 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 44,7 faiz, büdcə vəsaitləri 39,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 3 faiz, sair vəsaitlər isə 5,9 faiz paya malik olub.

“Xalq qəzeti”

İqtisadiyyat