Gömrük xətti ilə büdcə daxilolmaları 3 milyard manatı ötüb

post-img

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında DGK xətti ilə büdcə daxilolmaları 3 milyard 606,579 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 faiz artaraq 909,151 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolma­lar 18,5 faiz artaraq 2 milyard 549,144 milyon manat, aksizlər üzrə daxilolmalar 42,7 faiz artaraq 121,83 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 24,2 faiz azalaraq 26,455 milyon manat olub.

“Xalq qəzeti”

İqtisadiyyat