Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarovun bildirdiyinə görə, “Azpal” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və parkda bu cür şirkətlərin sayı 37-yə çatıb.

Nazir daha sonra vurğulayıb  ki, “Azpal” tərəfindən sənaye parkının ərazisində investisiya həcmi 58,9 milyon manat olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradılacaq və 160 nəfər işlə təmin ediləcək.

“Xalq qəzeti”

 

İqtisadiyyat