Türkmənistanın dəniz ticarət donanmasının mediada yayılan məlumatına əsasən, cari ilin birinci yarısında bu ölkənin Türkmənbaşı beynəlxalq dəniz limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında daşınan konteynerlərin sayı 2 362 TEU-ya çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Yük daşımaların ümumi həcmindən 25 faizi idxal, 34 faizi ixrac, 41 faizi isə tranzit daşımaların payına düşüb. Cari ilin ilk 6 ayında Türkmənistan gəmiləri ilə yük daşımalarının ümumi həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz artaraq 1 milyon 150 min ton təşkil edib.
“Xalq qəzeti”

