Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, bu il avqustun 1-nə ölkənin baş bankının valyuta ehtiyatları 9 milyard 244 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 48,1 milyon dollar çoxdur.
Beləliklə, AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 24,8 faiz və ya 1 milyard 836,8 milyon dollar artıb. Belə ki, 2022-ci ilin eyni dövründə bankın valyuta ehtiyatları 7 milyard 407,2 milyon dollar təşkil edib. İlin əvvəli ilə müqayisədə isə ehtiyatlar 2,8 faiz artıb.
“Xalq qəzeti”

